Nəsimi rayonunda iki minik avtomobili toqquşub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda "VAZ" və "AZSAMAND" markalı iki minik avtomobilinin toqquşması ilə bağlı məlumat daxil olub. Nəticədə, AZSAMAND markalı minik avtomobili deformasiyaya uğrayıb və 1 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xilasediciləri hadisə yerinə cəlb olunaraq sərnişini xilas edib və aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 04:19-da başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB