Bakıda 3 otaqlı mənzildə yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin, dəhlizinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB