Sumqayıtda güllələnmə

Sumqayıt şəhərində güllələnmə hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 14-də Sumqayıt şəhərinin Yaşma bağlar sahəsində baş verib. Xızı rayon sakini Vaqif Babayev ehtiyatsızlıqdan ov tüfəngindən açdığı atəşlə özünə qol nahiyəsindən xəsarət yetirib.

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşları tərəfindən V.Babayevdən "İJ-16" markalı ov tüfəngi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə