Qəza piyadanın həyatına son qoydu

Qəza piyadanın həyatına son qoydu

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, dekabrın 14-də saat 01 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Aslan Cabbarov vurulub və o, hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə