2 ton ot bağlaması yanıb

Zaqatalada 2 ton ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətində İstinadən verdiyi xəbərə görə, Zaqatala rayonu, Mosul kəndində vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə