Azərbaycanda istirahət günləri baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, dekabrın 12-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Dekabrın 13-də isə respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hər bir faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB