Tərtər şəhər sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, dekabrın 12-də Tərtər şəhər sakini Zabil Allahverdiyev Gəncə şəhərində təmir işləri apardığı evin 3-cü mərtəbəsindən yıxılıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin cəhdinə baxmayaraq Z.Allahverdiyev orada ölüb.
Daha bir bədbəxt hadisə Bakının Binəqədi rayonunda qeydə alınıb. Rayonunun Novxanı bağlar sahəsində Bakı şəhər sakini Famil Həmidov həmyerlisinə məxsus bağ evində təmir işləri apararkən 2-ci mərtəbədən yıxılaraq ölüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB