Axtarışda olan dələduzlar tapıldı

Axtarışda olan dələduzlar tapıldı

Bakıda dələduzluq maddəsi ilə axtarışda olan 3 nəfər tuitulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1971-ci il təvəllüdlü Natiq Daşdəmirov, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1972-ci il təvəllüdlü Kamran Musayev, Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Zaur Məmmədli tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə