Qəza 2 yaşlı uşağın canını aldı

Qəza 2 yaşlı uşağın canını aldı

Bakıda ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, dekabrın 13-ü saat 23:30 radələrində Sabunçu rayonu Məhəmmədi qəsəbəsində Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Ayaz Abbasovun idarə etdiyi "VAZ-2107" və Tovuz rayon sakini 1984-cü il təvəllüdlü Amin Əliyevin idarə etdiyi "Opel-Frontera" markalı avtomobillər toqquşub.

Nəticədə, A.Abbasov və oğlu 2011-ci il təvəllüdlü Toğrul 3 saylı xəstəxanaya yerləşdirilib. Digər oğlu 2013-cü il təvəllüdlü Ramal isə xəstəxanada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə