Ağdamda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyininn (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ağdam rayonu, Kəlbəhüseynli kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB