Qaxda yol nəqliyyat hadisəsi baş verib.Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcələri bədən xəsarətləri alıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qax şəhəri Natavan küçəsində qeydə alınıb.
Şəhər sakinləri 55 yaşlı Məmməd Əhmədov və 21 yaşlı Zaur Züliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillər qarşı-qarşıya toqquşub. Qəza nəticəsində sürücülərlə yanaşı Məmməd Əhmədovun avtomobilində olan sərnişinlər - iki bacı 47 yaşlı Ceyran Rəcəbova və 44 yaşlı Həyat Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar dərhal hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım maşını ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada dərhal yaralılara ilkin tibbi yardım göstərilib və həkimlər onların vəziyyətini kafi qiymətləndirir.
Sürücülərdən Məmməd Əhmədovun qabırğalarında sınıq aşkarlanıb. Qəza zamanı zərbə güclü olduğundan yanğın yarana biləcək təhlükəsi nəzərə alınaraq hadisə yerinə Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ancaq ərazidə yanğın baş verməyib. Qəzanın baş vermə səbəbləri isə aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
Faktla bağlı Qax rayon Polis şöbəsində araşdırma aparılır.
İlkin Akifoğlu, Qax
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB