Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, dekabrın 10-da saat 11.00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Qazax rayon sakini Elçin Mustafayev idarə etdiyi "Ford Tranzit" markalı avtomobili aşırıb.
Nəticədə onun sərnişinlərindən Hacıqabul rayon sakini Nemət Eminov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktlarla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB