Ölümlə nəticələnən qəza

Qəbələdə ölümlə nəticələn yol-qəza hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, dekabrın 9-da saat 12 radələrində Qəbələ rayonunun Zarağan kəndində Şirvan şəhər sakini Elnur Əbilov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolu keçən rayon sakini Şəkər Cəbrayılovanı vurub və nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə