Gecə 2 nəfər bıçaqlandı

Gəncədə 2 nəfər bıçaqlandı. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, gecə saat 3 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına 2 nəfər şəhər sakini - 21 yaşlı Faiq Sadıqov və 19 yaşlı Hüseyn Mayılov bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası ilə gətiriliblər. Dərhal əməliyyat olunan yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə