Ölümlə nəticələnən qəza

Qəbələdə yol-nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Qəbələ rayon sakini Elbrus Rəsulov idarə etdiyi "VAZ-21063" markalı avtomobillə yolu keçən həmyerlisi Rəhim Xancanovu vurub. O müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər R.Xancanovun həyatını xilas edə bilməyib.

Hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə