Avtobusdan yıxılıb xəsarət aldı

Avtobusdan yıxılıb xəsarət aldı

Bakı şəhər sakini yıxılaraq xəsarət alıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dekabrın 7-də saat 17 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Reyhan Quliyeva 60 saylı xətt avtobusundan düşərkən sürücü qəflətən avtomobili hərəkətə gətirdiyindən o, yıxılaraq xəsarət alıb. R.Quliyevaya dekabrın 8-də xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə