"Yanğının söndürülməsinə xarici mütəxəssislər cəlb olunub" SON XƏBƏR
SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir. SİA-nın məlumatına görə, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, saat 16:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib: "Buna baxmayaraq, axtarış tədbirləri davam etdirilir. Yanğın hələ də söndürülməyib. Yanğının söndürülməsi ilə 8 gəmi məşğuldur. Bununla yanaşı, bir neçə xarici mütəxəssis cəlb olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB