Axtarılanlar tapıldı

Bakıda oğurluq və dələduzluq maddəsi ilə axtarışda olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Sİa-ya verilən xəbərə görə, Səbail RPİ CAŞ və 9-cu PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1980-ci il təvəllüdlü Fuad Məhərrəmov, Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Mərdan Əsədullayev, Xətai RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Qurban Naməzəliyev tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə