İmişli rayonunda ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Qaralar kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB