Gəncə şəhərində müşahidə kameralarını sındıran dəstə üzvləri tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 6-da saat 21 radələrində Gəncə şəhərinin F.Əliyev küçəsində yerləşən yeraltı keçiddə quraşdırılmış Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin 3 ədəd müşahidə kameraları və yaddaş qurğusu naməlum şəxslər tərəfindən sındırılıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emil Qarayev, Nicat Məmmədov və Xəyal Musayev tutulub, daha 3 nəfər isə müəyyən edilib. Onların da tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB