Qadın intihar etmək istədi

Beyləqan rayonunda intihara cəhdin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 7-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yaşayan Nərgiz Məmmədova intihar məqsədi ilə özünü "Xan qızı" su kanalına atıb. O, polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə