Azərbaycan türkiyəli iş adamını axtarır

Azərbaycan türkiyəli iş adamını axtarır

Azərbaycan türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. SİA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 28 yaşlı Əşrəf Taş vergidən yayınma və qanunsuz sahibkarlıqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə