Bakıda partlayış ölən var

Bakı şəhərində partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə Xətai rayonunda, M. Hadi küçəsində qeydə alınıb. Məişət tullantılarını yandırarkən zibil çəlləyinin partlaması nəticəsində xəsarət alan Asif Hüseynov dekabrın 6-da xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə