FHN Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin I müavini, general-mayor Məhərrəm Həsənovun müsahibəsini təqdim edirik:
- Neçə dəqiqədən sonra hadisə rayonundaydız?
- İlk öncə itkin düşən insanların ailələrinə, yaxınlarına Allahdan səbr diləyirəm. Hadisə dekabrın 4-də baş verib. "Günəşli" yatağında həmin vaxt Fövqəladə Hallar Nazirliyinin bir gəmisi növbədə idi. Yanğından 25 dəqiqə sonra gəmi hadisə yerindəydi. Amma gəminin hadisə yerinə çatmasına baxmayaraq, hava şəraitinin əlverişsiz olması səbəbində platformaya yaxınlaşa bilmirdi. Nazirliyə bununla bağlı məlumat daxil olandan sonra müvafiq xilasetmə qrupları hazırlıq vəziyyətinə gətirildi. Biz mövcud vəziyyəti, yəni hadisə yerindəki hava şəraitini və riskli əməliyyatın olmasını qiymətləndirərək işlərə səhər saatlarında başlamağa qərar verdik. Səhər saat 08:05 radələrində Fövqəladə Hallar Nazirliyinin 4 ədəd helikopteri mən daxil 15 xilasedici ilə birlikidə hadisə yerinə yollandıq.
- Siz orda rəhbərlik edirdiniz?
- Bəli. Mən orda rəhbərlik edirdim. Xilasediciləri iki qrupa ayırdıq və qrupları iki ayrı helikopterə yerləşdirdik. İkinci xilasetmə qrupuna rəhbərliyi özüm edirdim. Hadisə yerinə 25-30 dəqiqəyə getdik. İlk olaraq ərazi üzrə kəşfiyyat aparıldı. Ona görə ki, hadisənin baş verdiyi yerdə alov çox yüksəklərə qalxırdı. Mənim olduğum helikopter iki dəfə ora yaxınlaşmağa cəhd etdi. Amma buna nail olmadı. Nəticədə helikopterin biri 5 saylı, ikincisi isə 3 saylı blokun üzərinə oturdu. Ordan bəzi məsləhətlər, göstərişlər aldıq. Bizə bildirdilər ki, "AZAL"a məxsus bir ədəd sərnişin helikopteri gələcək. Onunla siz havaya qalxırsız. Helikopter gəldi və biz o hekopterə mindik. Helikopter bizi birbaşa yanan bloka apardı. Qeyd edim ki, bizə bildirilmişdi ki, helikopter yalnız orada 5-6 saniyə qalacaq və bu müddət ərzində helikopterdən enməlisiniz. Çünki helikopterin orda dayanması çox təlükəli idi. Sonda mən daxil helikopterdə olan bütün xilasedicilər avadanlıqlarla bərabər aşağı tullandıq. Tullandıqdan sonra helikopter ərazini tərk etdi. Digər qrup xilasedicilər isə Müslüm Maqomayev adlı gəmilə yanan platformaya gətirildi. Ümumilikdə 15 nəfər xilasedici ilə birlikdə əməliyyata başladıq. O zaman başa düşdüm ki, biz çox təhlükəli bir ərazidəyik. Bizi orda ilk olaraq üç insan qarşıladı, hansı ki, platformanın üstündə qalmışdılar. Onlar xilasedici qayıqlara minməmişdirlər. O üç nəfər platformada qalırdı. Onlar orda idilər.
ANS
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



