Sumqayıtda bədbəxt hadisə olub

Sumqayıtda bədbəxt hadisə olub

Sumqayıtda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, dekabrın 4-də saat 19 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Xəyyam Xasaylı idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Şəfiqə Quliyevanı vurub. Nəticədə Ş.Quliyeva hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə