Avtomobil aşdı sürücü öldü

Avtomobil aşdı, sürücü öldü. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 3-də saat 13 radələrində Daşkəsən rayonunun Çovdar kəndində baş verib.

Kəndin meşə zolağında Şəmkir rayon sakini Cavid Zeynalov idarə etdiyi "Niva" markalı avtomobili aşırıb. Nəticədə o, hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə