2 nəfər liftdə köməksiz qaldı

2 nəfər liftdə köməksiz qaldı

2 nəfər lifdə köməksiz qalıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Belə ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 11:20-də başa çatıb.​

Bütün xəbərlər Facebook səhifəmizdə