Maskalı şəxslər evə basqın etdilər

Maskalı şəxslər evə basqın etdilər

Göyçayda evə basqın etdilər. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, dekabrın 1-də Göyçay şəhərində yaşayan Fərzalı Hacıyevin evinə girən 3 maskalı şəxs arvadı Rəxşəndəni və oğlu Fərhadı döymüş, bıçaqla hədələyib oradan 100 manat və qızıl əşyalar aparıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Bərdə rayon sakini Səxavət Mehdiyevin idarə etdiyi "Opel" markalı avtomobil Qobustan rayonu ərazisində YPXA-nın əməkdaşları tərəfindən saxlanılmış, S.Mehdiyev və sərnişini, Şərur rayon sakini Orxan İsmayılov RPŞ-yə təhvil veriliblər.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların hadisəni Tərtər rayon sakini Emin Əliyev və Bakı şəhər sakini Eltac Şəmiyevlə birgə törətmələri müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə