Axtarışda olan şəxslər tutulub

Axtarışda olan şəxslər tutulub

Bakıda axtarışda olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Sitarə Quliyeva, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1989-cu il təvəllüdlü Elnur Məlikov tutulub.

Faktlarla bağlı araşdırmalara başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə