Sumqayıtda polis mağazaya silahla basqın edən bir nəfəri saxlayıb. Saxlanılan gənclə bağlı araşdırma aparılarkən məlum olub ki, o bir neçə mənzildən də oğurluq edib. Bakının Qaradağ rayonunda və Göyçayda isə maskalı cinayətkarlar evə basqın ediblər.
Törətdiyi cinayətlə düz yolda olmadığını etraf edən 20 yaşlı Kənan Bayramovu Sumqayıt polisi cinayət başında yaxalayıb.
O, Salman Ağayevə məxsus mağazaya bıçaqla basqın edib. O, mağaza sahibini hədələyib tütün məmulatı və pul aparıb. Amma Kənan Bayramov mağazadan uzaqlaşmamış polis onu saxlayıb.Dindirmə zamanı Kənan Bayramov bir neçə mağaza və mənzili də qarət etdiyini deyib. Polisdən verilən məlumata görə Kənan Bayramov ümumilikdə 20-ə yaxın cinayət əməli törədib.
Gecə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində isə Hafiz Əmirxanovun mənzilinə basqın olub. Ev sahibi Hafiz Əmirxanov iddia edir ki, basqın edən masakalılar onun burnuna dərman vurublar ki, o yuxdudan oyanmasın.Daha sonra 3 cinayətkar Hafiz Əmirxanovun həyat yoldaşı Fatilə Orucovanın əl-qolunu və ağzını yapışqan lentlə bağlayıb evi axtarmağa başlayıblar. Qaradağ polisi maskalı cinayətkarların axtarışını aparır.
Bənzər cinayət Göyçayda da olub. 4 Maskalı şəxs tapança və bıçaqla 57 yaşlı Fərzəli Hacıyevin yaşadığı evə basqın ediblər. Onlar Fərzəli Hacıyevi, onun həyat yoldaşı, 56 yaşlı Rəxşəndə Hacıyevanı və oğlu, 20 yaşlı Fərhad Hacıyevi döydükdən sonra evdə olan qızıl-zinət əşyaları götürərək aradan çıxıblar. Xəsarət alanlar Göyçay mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunublar. Evə basqın edənlərin axtarışları davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB