Bakıda 2 azyaşlı bağlı qapılar arxasında qalıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər mənzilin qapısını açmış və azyaşlıları valideyinlərinə təhvil veriblər. Əməliyyat saat 14:58-də başa çatıb.
Digər hadisə Bakıda baş verib. Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:28-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB