Bakıda partlayış yaralılar var

Bakıda partlayış yaralılar var

Bakıda evdə partlayış olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 120 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evdə partlayış baş verib. Nəticədə evin dam örtüyü dağılıb və ev yararsız vəziyyətə düşüb.

Hadisə zamanı 2 nəfər yanıq xəsarət alıb. Yanğın hadisəsi olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə