Axtarılanlar tapıldı

Axtarışda olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1977-ci il təvəllüdlü Sevda Allahverdiyeva, Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1989-cu il təvəllüdlü Elmir Əzimov tutulub.

Faktlarla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə