Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Siyavar kəndi ərazisində qeydə alınıb. Astara rayon sakini, 60 yaşlı Akif Əhmədov idarə etdiyi 10-VN-098 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Lənkəran rayon sakini Ruslan Nuriyevin idarə etdiyi H023-103 tranzit nömrə nişanlı "Ford" markalı avtomobil toqquşub.
"Mercedes" markalı avtomobilin sürcüsü A.Əhmədov hadisə yerindəcə keçinib. "Ford" markalı yük avtomobilinin sürücüsü R.Nuriyev ağır bədən xəsarətlərilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Sərraf Mirsəəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB