72 cinayət faktından 33-nün üstü “isti izlər”lə açılıb

72 cinayət faktından 33-nün üstü “isti izlər”lə açılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 72 cinayət faktından 33-nün üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər dünyasını dəyişib, 9 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə