Bakıda kafedə partlayış ölən var

Bakıda kafedə partlayış ölən var

Bakıda kafedə partlayış baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət kafedə maye qaz balonunun sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Yanğın nəticəsində, kafenin yanar konstruksiyaları və ona bitişik "Qeyri-standart avadanlıqları zavodu"nun istehsalat sexinin dam örtüyü 5 kv.m, tavan hissəsi 1 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Əsli Əhməd qızı Qasımovanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Bitişik sexin qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə