Salyanda yanğın

Salyan şəhərində yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Salyanda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan talvarın altına yığılmış 3 ton ot bağlamasının 750 kq yanıb. Ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın saat 07:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə