Ağdaşda qəza ölən və yaralananlar var

Ağdaş rayonunda ağır yol qəzası baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Türyançay kəndində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək daş hasara çırpılıb.

Nəticədə bir nəfər vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızının meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə