Pəncərədən yıxılan usta həyatını itirdi

Pəncərədən yıxılan usta həyatını itirdi

Dünən axşam saatlarında Bakının Xətai rayonunda hazırda tikilən hündür mərtəbəli binanın ərazisində ölüm hadisəsi baş verib. SİA-nın məlumatına görə, üçüncü mərtəbədə yerləşən mənzilin pəncərəsinin quraşdırılması zamanı usta işləyən 1989-ci il təvvəlüdlü Kamandar Həsənov ehtiyatsız davrandığından yıxılıb. O, müxtəlif ağır bədən xəsarətləri ilə 1 saylı şəhər Kliniki xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə