Sabunçuda "Niva" yanıb

Sabunçu rayonunda yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşa məxsus "Niva" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və qabaq lövhə yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə