DİN-in qəza ilə bağlı məlumatı

DİN-in qəza ilə bağlı məlumatı

Daxili İşlər Nazirliyi (DİN) Goranboy rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, qəza rayonun Veyisli kəndində qeydə alınıb. Belə ki, kənddə rayon sakinləri Ələsgər Ələsgərovun və Saday İsmayılovun idarə etdikləri "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Ə.Ələsgərovun sərnişinlərindən Nofəl İsmayılov, habelə S.İsmayılovun sərnişinlərindən Yaşar Rzayev hadisə yerində ölüb. Ə.Əsgərovun digər 3 sərnişini və S.İsmayılovun digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə