Əvvəl arvadını sonra özünü öldürdü

Əvvəl arvadını sonra özünü öldürdü

Hacıqabul rayonunda qətl hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Hacıqabul şəhəri Əlağa Vahid küçəsi -155 ünvanında qeydə alınıb. Rayon sakini 1953-cü il təvəllüdlü Hüseynov Əflan Gəncəli oğlu həyat yoldaşı, 1954-cü il təvəllüdlü Hüseynova Almaz Sabir qızının ürək nahiyəsinə ov tüfəngi ilə atəş açaraq qətlə yetirib.

Bundan sonra Ə. Hüseynov özünü də güllə ilə vuraraq öldürüb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Qeyd edək ki, faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə