FHN-nin azərbaycanlı alimin ölümü ilə bağlı məlumatı

FHN-nin azərbaycanlı alimin ölümü ilə bağlı məlumatı

Fövqəladə Hallar Nazirliyi (AMEA) AMEA Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin ölümü ilə bağlı məlumat açıqlayıb. SİA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədi və 1 nəfəri huşsuz vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə