Nardaranda həlak olmuş polislərin dəfn mərasimi keçirilir FOTOLAR
Bakıdakı ikinci Fəxri xiyabanda noyabrın 26-da Nardaranda şəhid olan polislərin dəfn mərasimi keçirilir. SİA-nın xəbərinə görə, polislər – Vüqar Nəsibov və İsmayıl Tağıyev dəfn edilir.
Dəfn mərasimində daxili işlər naziri general-polkovnik Ramil Usubov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik nazirinin birinci müavini, nazir əvəzi general-leytenant Mədət Quliyev, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev iştirak edir.
Allah rəhmət eləsin!
Qeyd edək ki, noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis şəhid olub, polislərə müqavimət göstərən 4 nəfər zərərsizləşdirilib, 14 nəfər saxlanılıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB