59 yaşlı kişinin meyiti bağlı qapılar arxasında tapıldı. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1956-cı il təvəllüdlü Öner Resulun bağlı qapı arxasında qalması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. R.Önerin cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:06-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB