Şahdağ Milli qoruğuna məxsus meşə ərazisində baş verən yanğın söndürülüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Suxtəkələ kəndində (rayon mərkəzindən 35 km aralı) Şahdağ Milli qoruğuna məxsus meşə ərazisində xəzəl və quru ağac kötükləri 0,5 ha sahədə yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB