Milli qoruq ərazisində yanğın

Bu gün Quba rayonunda yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Tüləkəran kəndində Şahdağ Milli qoruğuna məxsus meşə ərazisində xəzəl və quru ağac kötükləri 20 ha sahədə yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə