Rusiyadan Azərbaycana soyuq silahla gəldi

Rusiyadan Azərbaycana soyuq silahla gəldi

Moskva-Gəncə aviareysilə gələn Azərbaycan vətəndaşı Mərdan Həsənovun baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatı ilə yoxlanılarkən monitorda bıçaq təsvirləri görünüb. SİA-nın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi xəbərə görə, həmin baqaja təkrar yoxlama zamanı M.Həsənova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 2 ədəd bıçaq aşkar edilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən 2 ədəd bıçaq - zavod üsulu ilə hazırlanan, kəsici-deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Faktla bağlı təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə