25 ton ot bağlaması yanıb

Beyləqan və Şəkidə ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonu, İmamverdili kəndində vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 23 ton ot bağlamasının 20 tonu, Şəki rayonu, Baş Layısqı kəndində vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə