Qubada 2 ton ot bağlaması yanıb

Qubada 2 ton ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Quba rayonunun Cimi kəndində baş verib. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 90 kv.m sahədə və çardağa yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə